Saman küləş silkələyən samanla birlikdə gedən döyülməmiş sünbülləri və dənləri küləşdən ayırmaq üçündür (Şəkil 7.24). Adətən saman küləş silkələyən 4 klavişli olur və işləyərkən bu klavişlər bir-birinə nəzərən yuxarı və irəli hərəkət etməklə küləşi həm silkələyir və həm də kombaynın arxasına doğru aparır.
7.1.25. Saman küləş silkələyənin klavişlərinin hərəkəti
Saman küləş silkələyənin klavişləri yuxarı və aşağı başda dirsəkli val üzərində oturduğu üçün növbəli olaraq yuxarı və irəli hərəkət edir. Bu klavişlərin altdan görünüşündə aydın görünür. Klavişlərin alt hissəsi deşikli olduğu üçün samandan ayrılan dən aşağı tökülür (Şəkil 7.25.). |