7.1.21. Döyən aparatda barabanla baraban altlığı arasında araboşluğunun nizamlanması
Döyən aparatda nizamlama apararkən barabanla baraban altlığının giriş və çıxış hissələrində araboşluğu nizamlanmalıdır (Şəkil 7.21). Şəkildə göründüyü kimi baraban öz oxu ətrafında fırlanır. Sol tərəfdə giriş sağ tərəfdə isə çıxış hissələr yerləşir.
7.1.22. Ara boşluğunun qoyulması
Barabanla altlığı arasında ara boşluğu yığılan bitkidən asılı olaraq qoyulur. Məsələn, buğda və arpa biçinində araboşluğu 3-6 santimetr arasında qoyulur (Şəkil 7.22). Ara boşluğu şəkildə göstərilən kimi oxla işarə edilmiş hissə başa düşülür.
7.1.23. Taxıl kütləsinin barabanla altlığı arasında qoyulmuş araboşluğundan keçməsi
İş zamanı taxıl kütləsi barabanla altlığı arasında qoyulmuş aradan keçərkən baraban üzərində olan qamçıların təsirindən döyülür. Döyülmüş dən, yəni sünbüldən ayrılmış dən baraban altlığının deşiklərindən keçərək təmizləmə qurğusuna tökülür (Şəkil 7.23). Girişdə araboşluğu çıxışa nisbətə az qoyulmalıdır ki, döymə yaxşı getsin. Bitkinin dənləri zədələnməməli, qırılmamalı və döyülməmiş sünbüllər saman küləş silkələyənə keçməməlidir. |