7.1.17. Maili kameranın hərəkət ötürücü mexanizmlərinə baxış
Maili kameranın hərəkət ötürücü mexanizmlərinə baxış keçirilir və müvafiq nizamlamalar yerinə yetirilir (Şəkil 7.17). Kombaynın sürəti ilə biçicinin maili nəqletdiricisinin sürətinin nisbəti gözlənilməlidir: 1,4:1,7.
7.1.18. Kombaynın döyən hissəsinin mexanizm və qovşaqlarının nizamlanması
Kombaynın döyən hissəsinin mexanizm və qovşaqları nizamlanır. Döyən hissə döyən aparatdan və saman küləş silkələyəndən ibarətdir (Şəkil 7.18).
7.1.19. Kombaynın döyən aparatı
Döyən hissənin ən əsas mexanizmi döyən aparatdır. Döyən aparat barabandan və baraban altlığından ibarətdir (Şəkil 7.19). Bəzi kombaynlarda məhsuldarlığı yüksək olduğu üçün iki baraban quraşdırılır. Taxılyığan kombaynlarda döyən aparat kombaynın uzununa oxuna köndələn yerləşdirilir. Çəltik yığan kombaynlarda döyən aparat kombaynın uzunu oxu boyunca yerləşdirilir.
7.1.20. Barabanın fırlanma sürətinin nizamlanması
Barabanın fırlanma sürəti nizamlanır (Şəkil 7.20). Buğda yığımında 700-800 dövr/dəqiqə, Arpa yığımında 650-750 dövr/dəqiqə. |