7.1.14. Cəhrənin sürətini tənzimləyən variatorda yarım qasnaqların dəyişdirilməsi
Cəhrənin sürətini azaltmaq üçün variatorun qasnağının diametri dəyişdirilir. Qasnaq iki yarım qasnaqdan ibarətdir, bir birinə nəzərən ox boyunca yerini dəyişir (Şəkil 7.14). Yarımqasnaqları yaxınlaşdıranda qayışın qasnağa qurşadığı diametr böyüyür və ötürmə ədədi kiçilir, odur ki cəhrənin sürəti azalır, bir birindən aralayanda isə əksi baş verir.
7.1.15. Maili kameraya baxış
Kombaynın biçən hissəsinin maili kamerasının zəncirli-tamasalı nəqletdiricisinə baxış keçirilir. Zəncirdə və tamasalarda əyilmə, zədələnmə müşahidə edildikdə aradan qaldırılır (Şəkil 7.15).
7.1.16. Maili nəqletdiricinin elementləri
Maili nəqletdirici kombaynın biçən hissəsini döyən aparatla birləşdirir. Şnekdən daxıl olan taxıl kütləsini döyən aparata istiqamətləndirir və kamerada taxıl kütləsi aparatın eninə bərabər forma alır (Şəkil 7.16). |