7.1.11. Biçən hissənin elementlərinin işdən əvvəl yoxlanması
Biçən hissənin şneki və onun barmaqları, cəhrəsi və tutucu tamasa və barmaqlarına baxılır, qırılan, zədələnən, əyilən varsa yenisi ilə əvəz edilir. Kombaynın kəsim hündürlüyü taxılın boyundan asılı olaraq tənzimlənir, alçaq boylu taxılı biçərkən 10-15 santimetr, hündür boylu taxıl biçdikdə 35 santimetrədək ola bilər (Şəkil 7.11). Xüsusi halda yatmış taxılı biçərkən kəsim hündürlüyü minimuma endirilir ki, itki az olsun.
7.1.12. Cəhrənin fırlanma sürətinin sahədə taxılın sıxlığına görə tənzimlənməsi
Cəhrənin fırlanma sürətini sahədə taxılın sıxlığına görə variatorla tənzimləyirlər (Şəkil 7.12). Cəhrənin biçən aparatdan bir qədər önə çıxması nizamlanır.
7.1.13. Kombaynın sürəti ilə cəhrənin fırlanma sürətini tənzimləyən variator
Kombaynın sürəti ilə cəhrənin fırlanma sürətinin nisbəti cəhrənin hərəkət ötürücü qayışlarında quraşdırılmış variatorun qasnağının diametrinin dəyişdirilməsi ilə əldə edilir. Variatorun qasnağı iki yarım qasnaqdan ibarətdir (Şəkil 7.13). Bu qasnaqları yaxınlaşdırmaq və uzaqlaşdırmaq üçün onları bir birinə birləşdirən qayka sıxılır və ya boşaldılır. Kombaynın sürətinin cəhrənin fırlanma sürətinə nisbətinin bu şərti ödəməlidir: 1,2:1,4. |