7.1.4. Finlandiya istehsalı olan Sampo Rosenlew SR-3065 markalı taxılyığan kombayn
Finlandiya istehsalı olan Sampo Rosenlew kombaynları müxtəlif modifikasiyada buraxılır. SR-3065 markalı taxılyığan kombayn müasir kombayn hesab edilir (Şəkil 7.3). Hal hazırda respublikamızın kənd təsərrüfatında yüzlərlə SR-2045 markalı taxılyığan kombayn istifadə edilir.
7.1.5. ABŞ -ın John Deere firmasının istehsal etdiyi W 650 seriyalı taxılyığan kombayn
ABŞ-ın John Deere firmasının istehsal etdiyi W 650 seriyalı taxılyığan kombaynı respublikanın iri taxılçılıq təsərrüfatlarında istifadə edilir (Şəkil 7.4). Bu kombaynlar taxıl yığımı ilə bərabər müvafiq biçici quraşdırıldıqdan sonra qarğıdalı və yem bitkilərinin yığılmasında istifadə edilir.
7.1.6. Almaniyanın Deutsch Fahrer markalı taxılyığan kombaynı
Almaniyanın Deutsch Fahrer markalı taxılyığan kombaynı texniki göstəriciləri ilə fərqlənir, quruluşu və istifadəsi san və əlverişlidir (Şəkil 7.5).
7.1.7. Taxılyığan kombaynların texnoloji prosesi
Taxılyığan kombaynların texnoloji prosesi aşağıdakı əməliyyatları birləşdirir (Şəkil 7.6):
|