1. Çiləyiciləri məhlulla doldurun. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Çiləyici aqreqatı doldurulacaq məhlulun sisterninin yanına sürün.
- Çiləyicinin çəninin qapağını açın.
- Məhlul dolduran aqreqatın şlanqının sərbəst ucunu çiləyicinin çəninə daxil edin.
- Doldurucu şlanqı bərkidin ki, təzyiqdən çiləyicinin çənindən çıxmasın.
- Doldurucu maşını işə salın.
- Çiləyicini doldurun.
- Doldurucu şlanqı maye axını tam kəsiləndən sonra çiləyicinin çənindən çıxarıb, qapağı
bağlayın.
|