Alaq otlarına qarşı mübarizədə pestisidlərdən istifadə olunur (Şəkil 6.40).
Bu zaman xüsusi geyimdən istifadə edilməlidir.
6.8. Defoliasiya - pambıq bitkisinin yığımdan əvvəl yarpağının tökülməsi
Defoliasiya kimyəvi yolla bitkinin yarpaqlarının tökdürülməsi deməkdir. Xüsusi ilə pambıq sahələrində pambığı kombaynla yığdıqda defoliasiya edilməlidir ki, pambığı maşınla yığmaq asan olsun. Kombaynla yığım üçün nəzərdə tutulmuş pambıq sahələrdə bitkilərin yarpağı bir neçə gün öncə xüsusi dərmanlama aparmaqla tökülməlidir (Şəkil 6.41).
6.8.1. Defoliasiya əməliyyatının çiləmə aqreqatı ilə yerinə yetirilməsi
Defoliasiya əməliyyatı çiləmə aqreqatı ilə yerinə yetirilir (Şəkil 6.42). Ventilyatorlu çiləyicilərlə pambıq sahəsində yarpaqların tökülməsi məqsədi ilə çiləmə əməliyyatı.
6.8.2. JD 9970 markalı 4 cərgəli pambıq yığan kombaynla pambığın yığılması üçün defoliasiya
edilmiş sahə
ABŞ-nın istehsalı olan JD 9970 markalı 4 cərgəli pambıq yığan kombaynla pambığın yığılması (Şəkil 6.43). |