6.7.4. Çiləyicinin nasosu üzərində qoyulmuş manometrin tester manometrlə yoxlanması
Çiləyicinin nasosu üzərində qoyulmuş manometri tester manometrlə yoxlamaq həm maşını qorumaq üçündür, həmdə çirklənən mayenin-məhlulun hektara düzgün çilənməsini təmin etmək üçün lazımdır (Şəkil 6.30).
6.7.5. Kontrol çiləmənin sahədə yoxlanması
Hər bir çiləyici normaya nizamlandıqdan sonra sahədə işə başlamazdan əvvəl sahədə kontrol çiləmə aparılır və nəticəsi yoxlanılır (Şəkil 6.31).
6.7.6. Püskürmənin keyfiyyətinə və sistemdə məhlulun təzyiqinə nəzarət
Püskürmənin keyfiyyətinə və sistemdə məhlulun təzyiqinə nəzarət etmək üçün bilavasitə tozlandırıcı ucluğun yanında manometr qoyulur və mütəmadi nəzarət edilir (Şəkil 6.32). |