6.7.1. Çiləyici ucluqların dəqiqəlik sərfinin yoxlanması
Qollu çiləyicidə bütün çiləyici ucluqlar 1 dəqiqə işlədilərək püskürülən mayenin həcmi aşağıdakı kimi yoxlanılır (Şəkil 6.27). Hektara səpiləcək norma (litr/hektar) x aqreqatın faktiki hərəkət sürəti (kilometr/saat) x ştanqanın uzunluğu (metr)/600x çiləyici ucluqların sayı. Alınan rəqəmlə 1 dəqiqədə faktiki çilənən maye həcmi müqayisə edilir və lazım gəldikdə əvvəl izah edilmiş qaydada nizamlanır. Borulu sərfölçənlə çiləyici ucluğun dəqiqəlik sərfinin yoxlanması (Şəkil 6.27.).
6.7.2. Qıflı sərfölçənlə çiləyici ucluğun dəqiqəlik sərfinin yoxlanması
Qıflı sərfölçənlə çiləyici ucluğun dəqiqəlik sərfinin yoxlanması şəkil 6.28-də verilmişdir.
6.7.3. Elektron sərf ölçən
Elektron sərf ölçən çiləyicinin işinə fasiləsiz nəzarət etmək üçün istifadə edilir. Eyni zamanda nəzarət gedişlərində elektron sərf ölçəndən istifadə edilməsi tövsiyə olunur (Şəkil 6.29). |