6.6.5. Braglia püskürücüləri
Braglia püskürücüləri daha etibarlı bronz materialından hazırlanır. Etibarlı, uzun ömürlü,
nisbətən ağır və paslanmayandır (Şəkil 6.24).
Ventilyatorlu çiləyicilərin iş prinsipi
Ventilyatorlu çiləyicilərin iş prinsipi mayenin çəndən sorulub çiləyici ucluqlara
çatdırılması üçün ona müvafiq təzyiq vermək və ventilyatorun yaratdığı, sürətli hava axını
ilə daha xırda hissəciklərə parçalanır və bitki üzərinə yönəldilir (Şəkil 6.25).
6.7. Çiləyicinin normaya nizamlanması
Çiləyici normaya nizamlanarkən aşağıdakı ardıcıllığa əməl edilməlidir. (Şəkil 6.26)
- Çiləyicinin çəninə 200 litr su tökün.
- Təzyiq nizamlayıcısını 3 atmosfer və 3 kiloqram/kvadrat santimetr təzyiqə qoyun.
- Tozlandırıcıların işini baxmaqla yoxlayın. Püskürmə şırnağı bərabər ölçülü, bütöv
axınlı, damcısız olmalıdır.
- Ölçü silindrinin və saniyəölçənin köməyi ilə 1 dəqiqə ərzindı hər püskürücü ucluqdan
tökülən maye sərfini ölçün. Nəticəni yazın. Çiləyicinin sərfi 1 litr/dəqiqədən çox olan
halda ölçmə 30 saniyə ərzində aparılmalıdır.
- Alınan nəticələri toplayıb tozlayıcı ucluqların sayına bölün. Bu həcmi hər bir ucluqdan
püskürülən həcmə müqayisə edin. 5 faiz meyletməyə yol verilir.
- Tozlayıcı ucluq 5 faizdən çox fərqlə püskürərsə və ya pis püskürərsə çıxdaş edilir və
yenisi ilə dəyişdirilir.
|
Şəkil 6.24. Bronzdan hazırlanmış Braglia püskürücüləri.
Şəkil 6.25. Ventilyatorlu çiləyicilərin iş prinsipi.
Şəkil 6.26. Çiləyicinin normaya nizamlanması.
|