Əl ilə gəzdirilən çiləyicilərdə brandspoyt çiləyici ucluq istifadə edilir, məqsəd bitkinin məhlul çatmayan hissələrini çiləməkdir. Çiləyicilərin müxtəlif məqsədli avadanlıqları: nasos, hərəkət verici aralıq kardan valı, ayırıcı, ucluqlar, şlanqlar və s. istifadə edilir (Şəkil 6.21).
6.6.4. Çiləyici ucluğun məhlulu püskürməsi
Məhlul narın toz halında hissəciklər formasında bitkinin üzərinə püskürülür (Şəkil 6.22). Ucluğun içərisində yivli içlik məhlula burulğanlıq verir. Püskürücü ucluqlar müxtəlif formada hazırlanır, bu məhluldan, məhlulun püskürülmə təzyiqindən və s. amillərdən asılıdır. Plastik maddədən hazırlanan püskürücü ucluqlar yüngül və paslanmayandır (Şəkil 6.23). |