6.5.1. Çiləyicilərdə qoyulan nasoslar və onların növləri
Çiləyicilərin məhsuldarlığından asılı olaraq mayeni sistemə vurmaq və ucluqlardan tələb edilən keyfiyyətdə çilənməsi üçün nasoslar qoyulur (Şəkil 6.11). 3 porşenli İmovilli nasosu. Çiləyicilərdə əsasən mərkəzdən qaçma tipli nasoslar da tətbiq edilir. Nasosun pərləri ilə gövdəsi arasında yaranan boşluğa yığılan maye mərkəzdən qaçam prinsipi ilə sistemə vurulur (Şəkil 6.12). Çiləyicinin nasosunun mayeni qovma təzyiqinin yoxlanması lazımdır. Bu məqsədlə sistemin qovma-təzyiqli hissəsində mayenin təzyiqini ölçmək üçün manometr quraşdırılır (Şəkil 6.13). |
1 - Nasosun mərkəzdən qaçan işçi orqanı;
2 - Nasosun gövdəsi; 3 - Nasosun giriş-sorma kanalı; 4 - Nasosun çıxış-qovma kanalı. |