|
- Torpağın ovxalanmasını yoxlayın.
- İri kəltənləri sırım boyunca 1 kvadrat metr olmaqla üç yerdə sayın.
- Malalama əməliyyatının ümumi keyfiyyətini dəyərləndirin.
|
4. Kultivatoru becərmə dərinliyinə nizamlayın. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Kultivatoru düz hamar səthə gətirin.
- Dayaq hərəkət təkərini qaldırın.
- Təkərin altına becərmə dərinliyindən 2-3 santimetr az qalınlıqda dayaq qoyun.
- İşçi orqanları torpaq səthinə toxunana qədər aşağı endirin.
- İşçi orqanları çərçivəyə bərkidin.
- Kontrol gediş edib becərmə dərinliyinin düzgün olmasını 3-cü tapşırıqda olduğu qaydada
yoxlayın.
|
- Cərgəarası becərən kultivatorun işçi orqanlarını 70 santimetr cərgə arasına
quraşdırın.
|
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Kultivatoru düz hamar səthə gətirin.
- Bütün cərgə aralarında cərgə arasının tən ortasından qazayağı və ya oxşəkilli pəncəni
quraşdırın.
- Cərgə arasının hər iki tərəfindən12-15 santimetr qoruyucu zona qoyub çərçivədə qeyd
edin.
- Hər cərgə arasında oxvari pəncədən sol tərəfdə sağdan yastı kəsən pəncə quraşdırın.
- Hər cərgə arasında oxvari pəncədən sağ tərəfdən soldan yastıqkəsən pəncə quraşdırın.
- Bütün cərgə aralarında bu işləri yerinə yetirin.
- Pəncələri kultivatorun gövdəsinə çərçivəyə bərkidin.
- Kontrol gediş edib becərmə dərinliyinin və qoruyucu zonasının düzgün olmasını 3-cü
tapşırıqda olduğu qaydada yoxlayın.
|