Fəaliyyət |
Tapşırıqlar |
1. Malaların işçi orqanlarının vəziyyətini yoxlayın. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Malanın işçi orqanlarının vəziyyətini yoxlayın.
- Əyilən, zədələnən, qırılan işçi orqan müşahidə edərkən onları yenisi ilə dəyişin.
- Diskli malaların disklərinin yastıqlarını yoxlayın.
- Becərmə dərinliyinin düzgün qoyulmasına əmin olun.
- Maşının traktora birləşməsini yoxlayın.
|
2. Dırmıqların aqreqatlaşdırılmasını yerinə yetirin. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Dırmığı düz hamar səthə gətirin.
- Traktoru işə salın.
- Traktoru geriyə istiqamətə hərəkət etdirməklə dırmığa yaxınlaşdırın.
- Hidravlik sistemin paylayıcısını endirmə vəziyyətinə gətirib dırmığın asma qurğusunun
bərabərində saxlayın.
- Dırmığı üç nöqtəli asma mexanizminə birləşdirin.
- Hidravlik paylayıcını qaldırma vəziyyətinə qoyub dırmığı qaldırın.
- Traktoru irəli ötürmə ilə irəli sürün.
- Dırmığın düzgün asıldığına əmin olun.
- Qoşma dırmığı traktorun qoşqu bəndinə birləşdirin.
|
3. Diskli malanın işinin keyfiyyətini yoxlayın. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Diskli mala ilə bir işçi gedişi yerinə yetirin.
- Becərmə dərinliyini cərgənin üç yerində yoxlayın.
- Alaqların kəsilmə keyfiyyətini nəzərdən keçirin.
|