5.5.17. Cərgəarası becərən kultivatorlarda qoruyucu lövhələr
Cərgəarası becərən kultivatorlarda birinci kultivasiya zamanı xırda boylu bitkilərin üzərinin kultivatorun becərən işçi orqanları tərəfindən atılan torpaqla örtülməməsi üçün qoruyucu lövhələr qoyulur (Şəkil 5.58). Bu lövhələr poladdan və ya möhkəmləndirilmiş plastik kütlədən hazırlana bilir.
5.5.18. Kultivasiya aqreqatının sahədə hərəkət üsulu
Kultivasiya aqreqatı məkik hərəkət üsulu ilə hərəkət etdirilməlidir. Armudvari dönmə edilməlidir. Qovuşuq gedişlərdə üstörtmə 10-15 santimetr olmalıdır. İlk 40-50 metr gedişdən sonra kultivasiyanın keyfiyyəti yoxlanılır. Şəkil 5.59-da Cərgə arası becərən Monosem SCD kultivatorunun sahədə işi göstərilmişdir.
5.5.19. Diyircəkli-ulduzcuqlu işçi orqanlı cərgə arası becərən kultivator
Səpindən sonra ilk çıxışlar zamanı bitkilərin zədələnməməsi üçün diyircəkli-ulduzcuqlu kultivatordan istifadə edilməsi məqsədəuyğundur (Şəkil 5.60). |