5.5.11. Çizel kultivator pəncələri
Kultivatorun işçi orqanının tipini torpağın vəziyyətindən və alaqlı olmasından asılı olaraq seçirlər. Çizel kultivator pəncələrinın növləri şəkil 5.52-də verilmişdir. Oxvari və ya qaz ayağı pəncələrdə üst örtmələr 3-5 santimetr olması yoxlanılır. Yumşaldıcı pəncələrdə aralıq, becərmə dərinliyi qədər olmalıdır.
5.5.12. İynəli, yaylı, ulduzcuqlu kultivator
Kultivator torpağın bərkliyindən asılı olaraq ulduzvari diskli işçi orqanlarla təchiz edilir. Eyni zamanda arxa sırada isgənə şəkilli yaylı pəncələr də quraşdırılır (Şəkil 5.53). Cərgə araları becərmədə istifadə edilə bilər.
5.5.13. Cərgəarası becərmədə qoruyucu zonanın qoyulması
Cərgəarası kultivasiyada iki tərəfli və bir tərəfli sağdan və soldan kəsən pəncələr qoruyucu zolağı saxlamaqla cərgə arasında quraşdırılır. Ortada qazayağı soldan sağdan isə birtərəfli kəsən pəncələr quraşdırılır (Şəkil 5.54). |