5.5.1. Başdan-başakultivasiya becərən kultivatorların işçi orqanlarının tipləri
Başdan-başakultivasiya təmiz heriklərin səthi becərilməsi, torpağın səpinqabağı 6-14 santimetr dərinlikdə becərilməsi üçün yerinə yetirilir. Başdan-başabecərən kultivatorların işçi orqanlarının – pəncələrinin tipləri şəkil 5.40-da təsvir edilmişdir. Başdan-başakultivatorların pəncələri əsasən hər iki tərəfi kəsən ikitərəfli yastı kəsən, oxşəkilli və ya qaz ayağı formasında olan pəncələrdir. Pəncələri kultivatorda iki cərgədə quraşdırılır, bu zaman 4-5 santimetr üst örtməli qoymaq tövsiyə olunur.
5.5.2. Sahənin işə hazırlanması
Aqreqatın hərəkət istiqaməti seçilir, dönmə zolaqları ayrılır və birinci gediş edilərək aqrotexniki tələblərin icrası yoxlanılır. Dərinlik, kəltənlik, alaqların kəsilməsi, torpağın çevrilməməsi araşdırılır. Başdan-başakultivasiyada aqreqat İlməksiz ara qoymaqla hərəkət üsulu ilə işləməlidir (Şəkil 5.41). Qoyulan ara aqreqatın bir en götürümü qədər olmalıdır.
5.5.3. Kultivasiya aqreqatının hərəkət istiqaməti
Kultivasiya şuma köndələn olmaqla yerinə yetirilir. Sahənin eni 120-150 metrdən az olduqda sahənin uzunu boyunca hərəkət etməyə yol verilir. Dönmə zolağının eni aqreqatın enindən 3 dəfə böyük olmalıdır. Şəkil 5.42-də yuxarı istiqamət şum, sağa istiqamət isə kultivasiya aqreqatının hərəkət istiqamətini göstərir. |