5.4.11. Böyük ölçülü və düz relyefli sahələrdə otbiçən və tirələyən aqreqatların hərəkətinin
təşkili
Böyük ölçülü, düzgün relyefli sahələrdə, çəmənliklərdə otu biçərkən və dırmıqla tirəyə qoyarkən sürüm hərəkət üsullarından istifadə edilir. Şəkil 5.38-də soldakı sxemdə başdan-başa sürüm hərəkət üsulu ilə aqreqatın hərəkətinin istiqamətləri göstərilmişdir. Sağdakı sxemdə daha böyük massivlərdə genişləndirilmiş, yəni bir neçə massivdə sürüm hərəkət üsulu ilə hərəkət istiqamətləri verilmişdir.
5.4.12. Kiçik ölçülü sahələrdə otbiçən və dırmıqdan ibarət aqreqatların hərəkətinin təşkili
Kiçik ölçülü sahələrdə ot biçən və otu tirəyə yığan dırmıqlı aqreqatlar dairəvi və diaqonal hərəkət üsulu tətbiq edilə bilər. Şəkil 5.39-da dairəvi məkik hərəkət üsulu (solda), diaqonal hərəkət üsulu (sağda) ilə aqreqatın hərəkət üsullarının sxemləri verilmişdir. Şəkil 5.39-da dairəvi məkik hərəkət üsulu (solda), diaqonal hərəkət üsulu (sağda) ilə aqreqatın hərəkət üsullarının sxemləri verilmişdir. Şəkildəki oxlar aqreqatın hərəkət istiqamətini, 1-10 rəqəmlər gedişlərin sayını göstərir.
5.5. Kultivatorlar
|
Torpağın aqrotexniki tələblər əsasında başdan-başavə cərgəaralarında becərilməsi, yumşaldılması, alaqların kəsilməsi, vegetasiya dövründə becərilən bitkilərə yemləndirici gübrələrin verilməsi, bitki diblərinin doldurulması, torpağın üzdən yumşaldılması, cərgə aralarında suvarma şırımlarının açılması məqsədi ilə kultivatorlardan istifadə edilir.
Kultivatorlar istifadə təyinatından və yerinə yetirdiyi işdən asıl olaraq adlandırılır. Məsələn,
torpağı başdan-başabecərən – başdan-başa becərən kultivator, Cərgəarası becərən- cərgəarası becərən, cərgəarası becərmə ilə bitkiləri yemləndirən kultivator - yemləndirici kultivator adlanır.
Bu kultivatorları təyinatından asılı olaraq işçi orqanları fərqli olur. Kultivatorun işçi orqanı eyni vəziyyətdə tərpənmədən işləyirsə bu, passiv işçi orqan, fırlanaraq işləyərsə bu, aktiv işçi orqan hesab edilir.
Kultivasiya əməliyyatında torpaq verilmiş dərinlikdə yumşaldılır, xırdalanır, alaqlar məhv edilir.