5.4.5. Təkərli barmaqlı çoxfunksiyalı dırmıq
Təkərli barmaqlı çoxfunksiyalı dırmıq-Tonutti firmasının raptor markalı dırmığıdır. Dırmıq sağ və sol bölmələrdən ibarətdir. Hər bölmə eyni diametrli dörd ədəd təkərli darayıcıdan ibarətdir. Təkərli darayıcı üzərində maili vəziyyətdə olmaqla eyni ara məsafəsi ilə barmaqlar yerləşdirilmişdir. Dırmıqlar sağdan və soldan mərkəzə doğru otu daramaqla çevirir və tirəyə yığır (Şəkil 5.32).
5.4.6. Tonutti markalı-təkərli barmaqlı dırmığın nəqliyyat vəziyyəti
Tonutti markalı-təkərli barmaqlı dırmıq en götürümü böyük olduğu üçün nəqliyyat vəziyyətində qatlanır və en götürümü kiçik olur, daşıma üçün əlverişli olur (Şəkil 5.33).
5.4.7. Təkərli barmaqlı dırmığın bölmələrinin traktora nəzərən quraşdırılma vəziyyəti
Təkərli barmaqlı dırmığın bölmələrinin traktorun qabaq hissəsindən bir və iki tərəfli və arxasından quraşdırılma variantları göstərilmişdir (Şəkil 5.34). Şəkildə:
1. dırmığın traktora qabaq sağ tərəfdən qoşulması,
2. qabaq sağ və sol tərəfdən qoşulması, 3. arxadan qoşulması verilmişdir. |