5.3.14. Diskli malaların sahədə səmərəli işləməsi, hərəkət üsulu
Diskli malaların sahədə səmərəli işləməsi üçün ayrılmış ləklərin sol kənarından başlayın sağ kənarında ikinci gediş etməklə növbələşən sürümlərlə becərmə aparılır (Şəkil 5.25).
5.3.15. Aqreqatın diaqonal hərəkət üsulu
Çarpaz hərəkət üsulu ilə səpilmiş sahələrdə malalama aqreqatı diaqonal istiqamətdə hərəkət etməlidir (Şəkil 5.26). Diskli malalarla sahədə işləyərkən əlverişli hərəkət üsulu kimi diaqonal çarpaz hərəkət üsulunu seçmək məqsədəuyğundur (Şəkil 5.27). Mala aqreqatı işə hazırlanarkən malalar hazırlanır, bərkinmələr və malanın dişləri, disklərin kəsən hissələri, yastıqları yoxlanılır və lazım gəldikdə düzəldilir və ya yenisi ilə əvəz edilir. Səpin və kultivasiya ilə birlikdə mala çəkərkən malanın en götürümü əsas maşının en götürümünə bərabər olmalıdır. Aqreqatın sahədə birinci gedişindən sonra dişlərin və malanın düzgün qurulduğu yoxlanılır. Aqreqatın növbəti gedişləri elə olmalıdır ki qovuşuq gedişlər əvvəlki gedişin izini 10 santimetr üstünü örtsün. Dönmələr sahənin kənarında yerinə yetirilir. Malanın işçi orqanları vaxtaşırı təmizlənir. Bunu üçün dönmə zolaqlarında maşın qaldırılır və dönəndən sonra işçi vəziyyətə gətirilir. Malalama əməliyyatında əsas məsələ aqreqatın hərəkət sürətinin düzgün seçilməsidir. Hərəkət sürəti 7-7,5 kilometr/saat olduqda kəltənlər yaxşı yoxlanır. Malalama işinin keyfiyyətinə nəzarət edərkən torpağın üst qatının yaxşı yumşaldılmasına, səthinin düz hamar olmasına kəltənliyin olmamasına, bitkilərin zədlənməməsinə nəzarət edilir. |