5.3.10. Disklərin öndən təmizləyici tərtibatı
Torpağın nəmliyi yüksək olduqda disklərə torpaq daha çox yapışır. Onu öndən təmizləmək üçün təmizləyici tiyə qoyulur. Lemken diskli malanın disklərinə torpaq yapışmaması üçün öndən quraşdırılan təmizləyici tiyə şəkil 5.21-də verilmişdir.
5.3.11. Əks kəsici tiyə
Torpaq kəltənlərini yaxşı oxlamaq üçün iki qonşu diskin arasında əks kəsici tiyə quraşdırılır. Bu torpağın da etibarlı xırdalanmasını təmin edir (Şəkil 5.22).
5.3.12. Spiral şəkilli diskləri olan ağır diskli mala
Daha bərk torpaqları yumşaltmaq üçün ağır diskli malalarda spiral şəkilli ağır disklər tətbiq edilir (Şəkil 5.23). Bu disklər İspaniyanın Belota firması tərəfindən istehsal edilir.
5.3.13. Qatlanan diskli tandem hidravlik mala
Nəqliyyat vəziyyətində qatlanan geniş en götürümlü hidravlik diskli mala. Bərk torpaqları yumşaltmaq üçün istifadə edilir. (Şəkil 5.24). |