5.3.6. Kombinə edilmiş ağır diskli mala
Nisbətən bərk və ağır torpaqların yumşaldılması, kəltənlərin daha xırda ölçülərdə xırdalanması üçün kombinə edilmiş ağır diskli malalardan istifadə edilir. Belə malalarda müxtəlif kəsici formalı disklər, və torpağı daha narın xırdalamaq üçün maili təmaslı silindrik vərdənə batareyası birləşdirilir (Şəkil 5.17).
5.3.7. Zirkon-8 Lemken kombinə edilmiş diskli mala
Bu malanın disklərinin diametri ağır diskli malanın disklərinin diametrindən kiçik olsa da, en götürümü geniş, becərmə keyfiyyəti yüksəkdir. Disklərinin çənbəri fasonlu dişli hazırlandığı üçün torpağı yaxşı yumşaldır (Şəkil 5.18).
5.3.8. Lemken ağır diskli malanın diskləri
Lemken ağır diskli malanın diskləri fərqli istiqamətə yönəlmiş kəskiləri olan dişlərlə təchiz olunur. Bu torpaq kəltənlərinin kəsilərək xırdalanmasını təmin edir (Şəkil 5.19).
5.3.9. Disklərin yapışmış torpaq hissəciklərindən təmizlənməsi
Lemken diskli malanın disklərinə yapışmış torpaq kütləsini təmizləmək üçün arxadan təmizləyici tiyə quraşdırılır (Şəkil 5.20). |