5.3.3. İki cərgəli düzülüşlü ağır diskli mala
Müqaviməti çox olan, ağır gillicəli torpaqlarda şumdan sonra iri ölçülü bərk kəltənlər əməlı gəlir. Bu kəltənləri adi diskli mala ilə dağıtmaq mümkün deyil. Odur ki, traktora qoşulan ağır diskli mallardan istifadə edilir (Şəkil 5.14). Ağır diskli mala qoşma olur, nəqliyyat vəziyyətində hərəkəti üçün dayaq hərəkət təkərləri vardır, işçi vəziyyətdə olanda təkərlər qaldırılır, torpağa dəymir.
5.3.4. Ağır diskli malanın işçi orqanı
Diskli malanın işçi orqanı sferik, kəsən hissəsi müəyyən addımla yarım dairə kəsikli olur. Disklərin bu formada olması onun torpağa daha dərin işləməsi və iri kəltənləri xırdalaya bilməsi üçündür (Şəkil 5.15).
5.3.5. Disk batareyasının çərçivəyə birləşməsi
Disk batareya formasında ox üzərində yığılır, disklər arasında aralıq qoruyucular yerləşdirilir. Diskli malaların maneədən keçməsi üçün disklər yaylı dayaqla təmin edilir (Şəkil 5.16). |