|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 4
Sual 1. Üzvi gübrə verən maşınların işçi orqanları hansı vəziyyətdə yerləşir?
A) Maşının banının alt hissəsində;
B) Maşının banının qabaq və üst hissəsində;
C) Maşının banının üst hissəsində;
D) Maşının banının arxa və yan hissəsində.
Sual 2. Peyin şirəsi səpələyən maşında şirə ucluqlara nəyin vasitəsi ilə verilir?
A) Nasosun;
B) Tamasanın;
C) Qayışın;
D) Zəncirin.
Sual 3. Mineral gübrəsəpən aqreqatlar sahədə hansı üsulla hərəkət edir?
A) Dairəvi;
B) Çimbasar;
C) Məkik;
D) Çimçevir.
Sual 4. Mineral gübrəsəpən maşınların işçi orqanları hansı tipdədir?
A) Lentli;
B) Diskli;
C) Barabanlı;
D) Yuvalı.
Sual 5. Mineral gübrəsəpən maşının işçi orqanı gübrəni hansı qüvvənin hesabına səpələyir?
A) Ağırlıq qüvvəsinin;
B) Dartı qüvvəsinin;
C) Mərkəzdən qaçan qüvvənin;
D) İtələmə qüvvəsinin;
Sual 6. Peyin dağıdan maşının banının döşəməsində olan nəqletdirici nə üçündür?
A) Peyini səpələmək üçün;
B) Peyini xırdalamaq üçün;
C) Peyini dağıtmaq üçün;
D) Peyini dağıdıcı qurğunun ağzına yaxınlaşdırmaq üçün.