Fəaliyyət |
Tapşırıqlar |
1. Mineral gübrəsəpən aqreqatı işə hazırlayın |
- İş paltarını geyinin.
- Texniki təhlükəsizlik qaydalarına diqqət edin.
- Aqreqatı dəstləşdirin
- Maşının hektara səpin normasını norma nizamlayan qurğunun köməyi ilə müəyyən edin.
- Aqreqata texniki baxış keçirin.
- Maşının səpici disklərinin sazlığını yoxlayın.
- Zəncir ötürmələrinin vəziyyətini yoxlayın.
- Maşının banına gübrə doldurun.
- Aqreqatın işə hazır olmasını dəyərləndirin.
|
2. Peyin şirəsi səpələyən aqreqatı şirə ilə doldurun. |
- İş paltarını geyinin.
- Texniki təhlükəsizlik qaydalarına diqqət edin.
- Peyin şirəsi səpələyən aqreqatı dəstləşdirin.
- Aqreqatı peyin şirəsi hazırlanmış yerə gətirin.
- Şirə hazırlanmış quyuda qarışdırıcını işlədin.
- Traktoru işə salın.
- Maşının şirə çəkən ejektorunu şirə quyusuna salın.
- Nasosu işə salın və maşının sisternini doldurun.
|
3. Mineral gübrəsəpən aqreqatla sahədə gübrə səpilməsini izah edin. |
- İş paltarını geyinin.
- Texniki təhlükəsizlik qaydalarına diqqət edin.
- Gübrəsəpən aqreqatı sahənin kənarına gətirin.
- Sahənin ölçülərini müəyyən edin.
- Gübrəsəpən aqreqatın sahənin hansı başında gübrə ilə doldurulacağını müəyyən edin.
- Gübrələri bu seçimə görə sahənin baş hissəsinə yığın.
- Aqreqatın hərəkət üsulunu müəyyən edin.
- Birinci gedişi yerinə yetirin.
|