Bəlli miqdarda gübrəni səpən maşına tökün Gübrənin verilmiş en götürümü ilə səpiləcəyi yolun uzunluğu ölçülür. Bunun üçün 2 metrlik ölçü pərgarından və ya yığılan metrdən istifadə edilir (Şəkil 4.51). Maşını hərəkət etdirib gübrə səpilən sahəni payalarla qeyd edin və ölçün. Uzun sahələri yığılan metrənin köməyi ilə ölçün (Şəkil 4.52). Əgər tökülmüş gübrə bu məsafədə sahəyə bəs etməzsə onda aparatın üzərində qoyulmuş norma nizamlayıcı vasitəsi ilə normanı azaldın (Şəkil 4.53). Nizamlanmanı norma əldə edilənə qədər davam etdirin.
4.8.4. Tarla kənarlarının gübrələnməsi
Əsas sahə gübrələndikdən sonra sahənin aqreqatın dönmələri üçün ayrılmış dönmə zolaqları gübrələnir. Sahələrin kənarları alaq və digər həşərat və zərərvericilərdən qorunmaq üçün çiləyici texnika ilə dərmanlanır. |