4.8.1. Mineral gübrə səpən aqreqatın sahədə hərəkət üsulu
Mineral gübrə səpən aqreqat sahədə sürüm hərəkət üsulu ilə hərəkət edir. Sahə ləklərə ayrılmalıdır. Ləkin eni aqreqatın işçi en götürümünün 6-8 mislinə bərabər ola bilər. Ləkin kənarlarında aqreqatın gübrə ilə doldurulması nəzərə alınmalıdır və gübrə tədarük edilməlidir Şəkil 4.48.
4.8.2. Mineral gübrənin başdan-başa səpinində aqreqatın hərəkət üsulu
Mineral gübrələr birbaşa səpilirsə, məsələn taxıl sahələrinə, aqreqat məkik hərəkət üsulunda işləyir. Dönmə zolaqlarına çıxanda işçi orqanlar işdən çıxarılır. Gübrəsəpən aqreqat sahənin bir və ya hər iki başında gübrə ilə doldurula bilər (Şəkil 4.49). Doldurmadan asılı olaraq gübrə sahənin kənarlarına yığılır. Mineral gübrələri mümkün qədər küləksiz havada səpmək tövsiyə olunur.
4.8.3. Gübrənin səpin normasının yoxlanması
Birinci gedişdə gübrənin səpin normasını yoxlayırlar. Bunun üçün gübrəni çəkin. Gübrəni dəqiq tərəzidə çəkmək məsləhət görülür (Şəkil 4.50). |