4.6.2. SP Maschio Gaspardo dəqiq toxum səpən maşının toxum səpən aparatı
SP Maschio Gaspardo dəqiq toxum səpən maşının toxum səpən aparatları pnevmatik hava üfürür və toxumla birlikdə mineral gübrə də verir. Toxumların üstü diskli üstörtənlə örtülür. Maşınların üstünlüyü ondadır ki, cərgə arası və toxum arasını dəqiq nizamlamaqla torpaq səthinin relyefini dəqiq köçürür və toxumların eyni dərinlikdə basdırılmasını təmin edir. Cığıraçanları diskli tiplidir (Şəkil 4.41).
4.6.3. SP Maschio Gaspardo dəqiq toxum səpən maşının anker-balta tipli cığıraçanları
SP Maschio Gaspardo dəqiq toxum səpən maşının cığıraçanları anker-balta tipli seriyaları da istifadə edilir (Şəkil 4.42). Cığıraçanın tipi torpağın strukturluğundan asılı olaraq müəyyən edilir.
4.7. Maye formada mineral gübrələr üçün çiləyici texnika
Maye formada mineral gübrələr və herbisidlər çilənməklə səpilir. Maye mineral gübrələr qablaşdırılmış formada olur. Daha böyük həcmli aqreqatlarla işlədikdə verilmiş tərkibdə mineral gübrə məhlulu hazırlanır (Şəkil 4.43). |