4.6.1. Orietta markalı dəqiq pnevmatik tərəvəz toxumu səpən maşın
Bu toxum səpən geniş en götürümlüdür. Toxum pnevmatik sistemin yaratdığı təzyiq hesabına toxum qutusundan hermetik toxum boruları ilə torpağa səpilir. Markeri hidravlik idarə ediləndir (Şəkil 4.37). Dəqiq toxum səpən maşın toxumların ölçüsündən asılı olaraq şəkil 4.38-də göstərilən sxemlərlə dəqiq səpin apara bilir.
1 - Dəqiq 1 cərgəli səpin;
2 - Dəqiq növbəli qarışıq səpin; 3 - Dəqiq 2 cərgəli səpin. İtaliyanın Maschio Gaspardo firmasının istehsal etdiyi SP SPRINT tipli dəqiq toxum səpən maşın qarğıdalı və şəkər çuğunduru toxumlarının səpilməsində istifadə edilir (Şəkil 4.39). Toxum səpən 4 cərgəlidir, səpinlə birlikdə gübrə də verir. 4 cərgəli SP Maschio Gaspardo dəqiq toxum səpən maşın 14 və 20 kN-luq traktorlarla aqreqatlaşır (Şəkil 4.40). |