4.5.7. İki diskli banı trapes formalı olan mineral gübrə verən maşın
Banının tutumu 600, 800, 1000 və 1200 litr ola bilir. Gübrəsəpən asılan tiplidir. İşçi orqanı traktorun GAV-dan hərəkətə gətirilir (Şəkil 4.35).
4.6. Dəqiq toxum səpən maşınlar
Dəqiq toxum səpən maşınlar pambıq, qarğıdalı, şəkər çuğunduru, soya və s. bitkilərin toxumunu dəqiq səpilməsində istifadə edilir. Maschio Gaspardo firması mineral gübrə verməklə cərgəarası becərilən bitkilərin dəqiq səpini üçün pnevmatik toxumsəpən istehsal edir. Şəkil 4.36-da 6 cərgəli pnevmatik dəqiq toxum səpən maşın göstərilmişdir. Orion 9,6 markalı bir diskli pnevmatik toxum səpən maşının səpən aparatları səpin normasına əvvəlcədən qoyulur, bu mexanizm mexanizator tərəfindən yerinə yetirilir. Orion 9,6 markalı toxumsəpən sıfır, minimal və ənənəvi üsullarda toxumu səpə bilir. Toxumu və gübrəni 3-9 santimetr dərinliyə basdıra bilir. Aqreqatlar işə hazırlanarkən toxum və gübrə səpən aparatlar hektara səpin normasına nizamlanır. Bunun üçün toxum səpən aparat işdən çıxarılır, gübrəsəpən aparatlar fırladılaraq tökülən gübrəni çəkirlər və faktiki normanı hesablayıb qoyulmuş norma ilə müqayisə edirlər. Lazım gələrsə nizamlananda dəyişiklik edirlər. Sonra bu qayda ilə toxumun normasını nizamlayırlar. |