Üzvi gübrələrin səpilməsi üçün müxtəlif tipli peyin dağıdanlardan istifadə edilir.
Üzvi gübrələrdən hazırlanmış şirələrin səpilməsi üçün xüsusi maye gübrə səpən texnikadan istifadə edilir.
Mineral və üzvi gübrələr kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını güclü artırır.
Mineral gübrələr dənəvər halda olur və xüsusi maşınlarla tarla səthinə, şum altına, səpinlə birlikdə və vegetasiya dövründə yemləndirici kimi verilir.
Mineral gübrələrin səpilməsi üçün səpələyici işçi orqanlı maşınlardan istifadə edilir. Mineral gübrələr bitkinin vegetasiya dövründə yemləndirici kimi verilir. Bunun üçün yemləndirici gübrə verən kultivatorlardan istifadə edilir.
Üzvi gübrələr bərk və ya quru, şirə, maye formada olduğundan onları sahəyə xüsusi qoşma və yarım qoşma texnika ilə səpələyirlər. Quru üzvi gübrə kimi peyin və torfdan istifadə olunur.
4.1.1. Bərk üzvi gübrələr
Torf, peyin, kompost, torf-peyin qarışığı zəngin üzvi gübrə hesab edilir (Şəkil 4.1). Torpaq iqlim şəraitindən asılı olaraq hər hektara 30-50 ton üzvi gübrə verilməlidir.
4.1.2. Torf, peyin, kompost qarışığının hazırlanması
Torpağın münbitliyinin artırılması üçün torf, peyin və kompost qarışığı hazırlayaraq istifadə edirlər. Bu qarışığın lay-lay olmaqla 1,5 metr hündürlükdə, 2x (6-8) ölçüdə hazırlanması əlverişlidir (Şəkil 4.2). |