Yaşadığınız ərazidə yaxınlıqdakı fermer təsərrüfatlarına hər hansı aqreqatın torpaq səthində qoyduğu
izi müşahidə edin.
Traktorun və kənd təsərrüfatı maşınının torpağa etdiyi təzyiqi izah edin.
Rayonunuzda torpağın strukturluğunu yoxlayın.
Enli və dar təkərli traktorun sahədə izini müqayisə edin və torpağın sıxlaşmasındakı fərqi izah
edin;
Təkərli traktorun şinlərinin ölçülərini izah edin;
Tırtıllı traktorda tırtılın sallanmasını taxta parçası və xətkeşdən istifadə etməklə yoxlayın;
Tırtıllı və təkərli traktorların hərəkət hissələrindəki əsas fərqi araşdırın, torpaqla ilişmələrin
fərqini izah edin;
Yaşadığınız ərazidə fərqli sıxlığa malik torpaqlarda əkilmiş qarğıdalı, çuğundur və başqa bitkinin
kök sisteminin yaxşı və zəif inkişaf etdiyi yerləri arayın və bitkinin zəif inkişafını izah edin;
Rayonunuzda taxıl biçildikdən sonra təkrar əkin aparan fermer təsərrüfatına səfər edin və təkrar
əkini müşahidə edin;
Rayonunuzda iki fərqli bərklikdə olan torpaqdan nümunə götürüb, torpaqların su saxlama qabiliyyətini
yoxlayın;
Hər bir tapşırıq üzrə əldə etdiyiniz məlumatları qrup yoldaşlarınızla müqayisə və müzakirə edin.