3.4.15. Torpaqda qaysağın əmələ gəlməsi
Suvarmadan sonra su torpaq səthində qalıb buxarlanır, suyun tərkibində olan lil torpaq səthinə çökür və istiliyin təsirindən səthdə qaysaq əmələ gəlir, bu da torpaqdakı suyun tez buxarlanmasına səbəb olur (Şəkil 3.54). Nəticədə torpaq bərkiyir. Selləmə suvarmadan sonra torpağın səthində iri çatlı qaysaqlar yaranır (Şəkil 3.55).
3.4.16. Torpaqda suyun saxlanma qabiliyyəti
Bərkimiş və bərkiməmiş torpaqlarda suyun saxlanma qabiliyyəti suyun torpağa şaquli istiqamətdə hopması ilə izah edilir. Şəkil 3.56-da müxtəlif məsaməli torpaqlarda suyun torpağa hopması göstərilmişdir.
• Su şaquli istiqamətdə dərinliyə yaxşı keçir;
• Su dərinliyə pis keçir. |