3.4.13.6. Torpağın bitişkənliyi
Bitişkənlik - torpağın becərilmə keyfiyyətini pisləşdirir, aqreqatın hərəkətini çətinləşdirir. Bu, torpağın nəmliyi və mexaniki tərkibindən çox asılıdır. Bitkinin kök sisteminin inkişafına pis təsir edir. Lillik - bitişkənlik əlaqəlidir. Torpaqda gil və lil hissəcikləri çox olarsa bitişkənlik o qədər yüksək və ya aşağı ola bilər. Bitişkənlik torpağın rütubətindən də asılıdır. Torpaqda çürüntülərin çox olması bitişkənliyi azaldır. Torpağın strukturluluğun yaradılması bitkilərin inkişaf şəraitini yaxşılaşdırır, torpağın mexaniki becərilməsini yüngülləşdirən mühüm tədbirdir. Yapışqanlıq - torpağın mexaniki tərkibindən, struktur dərəcəsindən və rütubətindən asılıdır. Rütubəti eyni olan torpaqlarda lil hissəcikləri çoxdursa və strukturluğu azdırsa, tozludursa yapışma dərəcəsi yüksək olur. Yapışmanı aradan qaldırmaq üçün torpaq becərən maşınların hazırlanmasında sürtünməyə qarşı davamlı materiallar tətbiq etmək lazımdır. Torpağın çox kiplənməsinin qarşısını almaq və həm də torpaqdan səmərəli istifadə etmək üçün təkrar əkinlərdən istifadə edilir. Məsələn, bizim ölkəmizin iqlimi üçün xarakterik olan odur ki, taxıl məhsulu yığılan kimi ardınca silos məqsədi üçün qarğıdalı əkmək olar (Şəkil 3.52). Buna sıfır becərmə də deyilir.
3.4.14. Torpaqların su saxlama qabiliyyətləri
Bərkimiş və bərkiməmiş torpaqların su saxlama qabiliyyətləri fərqli olur. Bərk torpaqlarda məsaməlik az olduğu üçün suvarma suyu və atmosfer çöküntülərinin suyu torpağın dərin qatlarına keçə bilmir, torpağın üst səthində toplanır (Şəkil 3.53). Bu da torpaq səthində qalın qaysaqların əmələ gəlməsinə səbəb olur. |