-
Mühərrikli kənd təsərrüfatı texnikası ilə işləyərkən gurultu və səs küyün müəyyən edilməsi
|
-
Texnikanın mühərrikini işə salın və kabinənin qapısını örtün.
- Traktor dayanmış halda mühərrik işləyə - işləyə kabinəsində yaranan səs küyü qulaqlıqsız vəziyyətdə dinləyin.
- Təsərrüfatın birində kombaynda və ya traktorda yaranan gurultunu və səsi ölçün. Aqreqatın işi zamanı yaranan gurultu, səs - küydən qorunmaq məqsədi ilə aqroservis mütəxəssisinin istifadə etdiyi geyim haqqında məlumat verin.
- Traktorla aqreqatlaşmış hər hansı kənd təsərrüfatı aqreqatı ilə əməliyyat yerinə yetirərkən, yəni mühərrik yüklü vəziyyətdə işlədikdə kabinada yaranan səs küyü qulaqlıqsız vəziyyətdə dinləyin.
- Traktor dayanmış halda və hansı kənd təsərrüfatı aqreqatı ilə əməliyyat yerinə yetirərkən qulaqlıqdan istifadə etməklə yaranan səs küyün təsirini müqayisə edin.
- Gözlərin və üzün qorunması üçün aqroservis mütəxəssis istifadə etdiyi eynək və maskanın mahiyyətini izah edin.
- Əldə etdiyiniz nəticələri müqayisə edin və nəticə verin.
|