Unutmayın! Maşın, texnikadan nasaz vəziyyətdə istifadə etmək insanlar üçün təhlükəlidir.
Maşın istifadədən sonra saxlanıldıqda nasaz işçi orqanların bərpası və işlək hala salınması qəza və bədbəxt hadisənin riskini azaldır (Şəkil 5.8).
5.2.3. Yol kənarlarında dayanma
Unutmayın! Aqreqat istifadədən sonra yol kənarında düzgün saxlanılmadıqda və dayandırıldıqda qəzaya səbəb ola bilər və zədələnmə ilə nəticələnər (Şəkil 5.9).
5.2.4. Aqreqatın yüksək gərginlikli elektrik xətlərinin altında işlədilməsi təhlükəlidir
Diqqət! Yüksək gərginlikli elektrik xətlərinin altında işləyərkən təhlükəsizlik tədbirləri gözlənilməlidir (Şəkil 5.10).
5.2.5. Yüksək gərginlikli elektrik xətlərinin altında işləyərkən təhlükəsizlik tədbirləri
Kənd təsərrüfatı texnikası zərurət yarandığı halda yüksək gərginlikli elektrik xətti altında işləyərkən xəttə nəzərən ciddi təhlükəsizlik məsafəsi qorunmalıdır (Şəkil 5.10). Əks halda texnikanın hər hansı hissəsi təhlükəli zonaya yaxınlaşdıqda bədbəxt hadisə baş verə bilər.
Şəkil 5.11 - də A, B, C - həddi yol verilən təhlükəsizlik məsafələridir.
Şəkildə elektrik xətləri ətrafında tünd rənglə işarələnmiş düzbucaqlı təhlükəli zona olduğunu göstərir.
Həmçinin ildırım çaxan zaman işləmək təhlükəlidir. Adətən ildırım ərazidə ən yüksək əşyanı vurur. İldırımın birbaşa zərbəsi çox təhlükəlidir.
Diqqət! Elektrik işıqlandırma cihazları, sükan idarəetmə orqanı, tormoz sistemi və siqnal sistemi nasaz olan traktor və kombaynla işləməyə qəti yol verilmir.