5.2. Yeni maşın və aqreqatdların nəqliyyatı və təmirində zədələnmələrdən müdafiə
Burada ictimai yoldan istifadə zamanı yol hərəkəti qaydalarının gözlənilməsi haqqında təlimat verilir. Aqreqatın işçi orqanlarının təmiri zamanı bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bu məqsədə ayrılmış xüsusi yerlərdə və maşının söndürülmüş halda olması haqqında təlimatlanma aparılmasının vacibliyi göstərilir. İstifadədən sonra saxlamaq məqsədi ilə hərəkət anında qəza baş verməməsi üçün enişli yolda saxlanılmasının qadağan olunması haqqında təlimat verilir.
Yadda saxlayın! İctimai yoldan istifadə edərkən onu idarə edən şəxslər bu haqda təlimatlanmalı və yol hərəkət qaydalarına riayət etməlidir (Şəkil 5.5). Aqroservis mütəxəssisin ictimai yolda aqreqatı idarə etmək üçün yol hərəkət qaydalarını bilməməsi qəza və bədbəxt hadisəyə səbəb ola bilər.
5.2.1. Qəza və zədələnmənin qarşısını almaq
Yadda saxlayın! Aqreqatın texnikanın saxlanılması, fövqəladə hal baş verdikdə, təmirə ehtiyac olduqda qəza və ya bədbəxt hadisələrin qarşısının alınması vacibdir (Şəkil 5.6).
Odur ki, aqreqatın işçi orqanlarının tənzimlənməsi və təmiri yalnız xüsusi yerlərdə və aqreqatın söndürülmüş halında aparıla bilər.
Belə halda təmir emalatxanalarından, elektrik qaldırıcılardan istifadə məqsədəuyğundur.
5.2.2. Enişdə traktorun və qoşqunun dayandırılması
Diqqət! İstifadədən sonra texnikanı elə saxlamaq və dayandırmaq lazımdır ki, aqreqat qəza təhlükəsi yaratmasın və ya qəza ilə nəticələnməsin.
Yadda saxlayın! Enişli yolda aqreqatın saxlanılmasına icazə verilmir (Şəkil 5.7).
Nasaz texnikadan istifadəyə yol verilmir