5. Yeni maşın, texnika və ya aqreqatda işlədikdə qəza və zədələnmələrdən müdafiə
Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatların işi zamanı baş verə biləcək qəza və zədələnmələrdən mühafizə məqsədi ilə təlimatlanma haqqında məlumat verilir. Aqreqatdan istifadə etdikdə qəza və zədələnmələrdən qorunmaq məqsədilə aqroservis mütəxəssislər və digər işləri yerinə yetirən işçilər xüsusi təlimatçılar tərəfindən təlimatlanmalıdır. Baş verə biləcək bədbəxt hadisələrin qarşısı yalnız müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi nəticəsində alına bildiyindən bu növ təlimatların vaxtında aparılması məqsədə uyğundur. Yığım dövründə, nəqliyyat dövründə və s. aqroservis mütəxəssislərin, eyni zamanda digər işçilərin xüsusi geyimlərlə təmin edilməsinin vacibliyi göstərilir.
Burada təhlükəsizlik üçün hüquqi qaydalar haqqında məlumat, təhlükəsizlik tədbirləri, qoruyucu geyimlər haqqında bilgilər verilir.
5.1. Qəza və zədələnmələrdən müdafiə üzrə təlimatlanma. Hüquqi qaydalar
Burada qəza və zədələnmələrin baş verməsindən mühafizə məqsədi ilə aqroservis mütəxəssislərin və aqreqata xidmət edən digər işçilərin təlimatlanma qaydaları qeyd edilir. Yeni maşın, texnika və ya aqreqatlardan istifadə etdikdə işçilər qəza və zədələnmələrin hüquqi qaydaları ilə təlimatlanır. Qısa müddətdə də olsa maşınların lazım olan yerlərdə dayandırılması haqda məlumatlar verilir.
5.1.1. Hüquqi qaydalar
Aqroservis mütəxəssislər yol hərəkəti qaydalarını yaxşı bilməli və onlara əməl etməyə borcludur.
Yol hərəkəti qaydalarını bilməyən, etibarlıq müddəti qüvvədə olmayan sürücülük vəsiqəsi ilə aqroservis mütəxəssisə texnikanı idarə etməyə icazə verilmir.
Bütün özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı maşınlara Dövlət Texniki Nəzarət müfəttişliyində qeydiyyatdan keçməli və qeydiyyat vəsiqəsi alınmalıdır.
Bütün sürücülər dövlət yol polisi əməkdaşlarının tələblərinə əməl etməlidir (Şəkil 5.1).
Bütün bunlar qəza hallarının qarşısının alınmasına xidmət edir.
5.1.2. Qəza və zədələnmələrdən müdafiə haqqında təlimatlanma
Diqqət! Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatlardan istifadə etdikdə qəza və zədələnmələrdən mühafizə üçün təlimatlanma haqqında məlumat verilir.