- Texnikanın rütubətin, nəmişliyin və intensiv günəş şüalarının təsirindən qorunması
|
-
İş paltarınızı geyinin.
- Parkda uzun müddət açıq havada saxlanmaya qoyulan texnika haqında mülahizələrinizi söyləyin.
- Rütubətli şəraitdə saxlanılan texnikada rütubətin təsirindən nələr baş verə bildiyini izah edin.
- Nəmişliyin traktora, taxılyığan və pambıqyığan kombaynın işçi hissələrinə təsirini izah edin.
- Açıq havada saxlanılan texnikanın rəngini qapalı şəraitdə saxlanılan eyni adlı və eyni ildə alınmış texnikanın rəngi ilə müqayisə edin.
- Uzun müddət saxlanılan texnikada rast gəldiyiniz korroziya, paslanmalar haqqında qeydlərinizi aparın və onların səbəblərini araşdırmağa çalışın.
- Saxlanmaya qoyulmuş təkərli texnikanın təkərlərində və digər rezinli hissələrində yaranan çatlama, qopma halları haqqında mülahizələr verin.
- Əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla müqayisə və müzakirə edin.
|