- Traktorlarda, kombaynlarda və digər kənd təsərrüfatı texnikasında baş verən nasazlıqlara nəzarət edilməsi
|
-
İş paltarınızı geyinin.
- Traktor və özüyeriyən kombaynların nasaz qayış ötürmələrinin qayışlarını yenisi ilə müqayisə edin.
- Aşkar edilmiş nasazlıqları təsvir edin və nə ilə nəticələnəcəyi barədə mülahizələrinizi qeyd edin.
- Təkərli texnikada təkərlərdə havanın təzyiqini ölçün, nominal göstəricilərlə müqayisə edin.
- Ehtiyac yarandığı təqdirdə təkərlərə tələb edilən təzyiqədək hava vurun.
- Traktorun və kombaynın elektrik sisteminin göstəricilərini yoxlayın və nəticələri qeyd edin.
- Əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla müqayisə və müzakirə edin.
|
-
Pambıqyığan kombaynın istifadədən sonra saxlanılması
|
-
İş paltarınızı geyinin.
- İstifadədən sonra pambıqyığan kombaynın bütün işlək orqanları quru ot, pambıq lifləri, toz və s.–dən təmizləyin.
- Kombaynın mühərrikinin qızmış isti hissələrini tez alışan (yanma qabiliyyətli) materiallardan təmizləyin.
- Pambıqyığan kombaynın istifadədən sonra elektrik ötürücü xətləri, kabelləri, hərəkət ötürücü qayışlarını yoxlayın.
- Pambıqyığan kombaynın qısa müddətli saxlanma prosesinə hazırlanmasında iştirak edin.
- Elektrik cihazlarının, qayışların və s. hissələrin kombayndan çıxarılıb anbara yerləşdirilməsində iştirak edin.
- Kombayn təkərlərindən havanı 30 faiz boşaldın.
- Təsərrüfatda kombaynın təkərləri torpaq səthindən 10 santimetrədək hündürlüyə qaldırıldığına əmin olun.
- Bunun fiziki mahiyyətini izah etməyə çalışın.
|