Sərbəst iş üçün tapşırıqlar
Yeni maşın, texnika və ya aqreqatların istifadədən sonra saxlanılması qaydasını izah edin;
Rayonunuzda fermer təsərrüfatında kənd təsərrüfatı maşınlarının saxlanılması üçün xüsusi yerlərin müəyyənləşdirilməsini araşdırın;
Kənd təsərrüfatı maşınlarının işçi orqanların işdən sonra təmizlənməsi qaydasını izah edin;
Elektrik naqil və avadanlıqlarının yoxlanması nə üçün lazımdır?
Kənd təsərrüfatı maşınlarını korroziyadan qorumaq üçün nələri etmək lazım olduğunu deyin?
Soyuq iqlimli regionlarda kənd təsərrüfatı maşınlarının saxlanılmasına qoyulan xüsusi tələblər hansılardır?
Traktorun soyutma sistemini və elementlərini soyuq hava şəraitində donmadan qorumaq üçün nə edilməlidir?
Traktorda və kombaynda iş zamanı yanacağın səviyyəsini müəyyən edin və cihazın göstərişi ilə müqayisə edin;
Fırlanan işçi orqanları nizamlayarkən təhlükəsizlik qaydalarını izah edin.