4.6.6. Yanacağın səviyyəsinə nəzarət
Unutmayın! Aqreqatın keyfiyyətli və məhsuldar işinin təmin edilməsi texnikada yanacağın səviyyəsinin düzgün tənzimlənməsindən asılıdır. Bu məqsədlə işə başlamazdan əvvəl yanacağın səviyyəsinin normada olması aqreqatın məhsuldar işini təmin edir. Yanacağın səviyyəsinə kabinada cihazlar lövhəsində qoyulmuş səviyyə göstəricisi vasitəsi ilə nəzarət edilir (Şəkil 4.32).
Yadda saxlayın! Soyuq iqlimdə mühərrik işə çətin düşdükdə onun uzaq işıq faraları yandırılır.
Yadda saxlayın! Mühərrik işə salındıqda starter 15 - 20 saniyədən çox fırladılmır.
Əks halda starterin sıradan çıxması ilə nəticələnə bilər.