Günəş şüası birbaşa düşdükdə texnikanın səthi qızır və üzərindəki rəng quruyur, çatlar əmələ gəlir və bozarır. Atmosferin təsirindən metal və qeyri metal hissələr əyilir və formasını dəyişərək deformasiyaya uğrayır.
Odur ki, bütün hissələr nəmdən, rütubətdən və günəş şüasından qorunmalıdır.
4.5.1. Nəmlikdən və rütubətdən texnikanın hissələri korroziyaya uğrayır
Unutmayın! Maşın, texnika və ya aqreqat istifadədən sonra saxlanıldıqda rütubətdən qorunmalıdır.
Texnikanın rütubətdən qorunması onun işlək mexanizmlərinin korroziyaya uğramaması məqsədi ilə yerinə yetirilir.
Unutmayın! Korroziya işçi orqanları tez sıradan çıxardır və texnikanın tez xarab olmasına zəmin olur. (Şəkil 4.26).
Diqqət! Aqreqat istifadədən sonra intensiv günəş şüalarından xüsusi üstü örtülü sahələrdə saxlanılmaqla qorunmalıdır.
4.6. Şaxtalı iqlimdə kənd təsərrüfatı maşınlarının saxlanılmasının təşkili
Burada müxtəlif iqlim şəraitinə malik olan regionlarda kənd təsərrüfatı maşınlarının istifadədən sonra uzunmüddətli saxlanılması haqqında təlimatlanma qaydalarından bəhs edilir. Qeyd olunur ki, bu tip iqlimli regionlarda mühərrikin işlək hissələrinin, maye və yağla dolu işçi orqanların soyuq şəraitdə saxlanılmasının fərqli cəhətləri vardır. O cümlədən, soyuq iqlimə malik regionlarda mühərrikin işə salınması zamanı təlimatlanma qeyd edilir.
Unutmayın! Maşın, texnika və ya aqreqatlar saxlanıldıqda şaxtadan qorunmalıdır.
Şaxtalı havada saxlanma mühərrikin daxilindəki yağın və soyuducu mayenin donması nəticəsində gövdəsinin çatlamasına və mayenin donması soyutma və yağlama sistemi hissələrinin sıradan çıxmasına səbəb olur.
Soyuq iqlimli regionlarda “Qış paketi” dəstindən istifadə edilir. Dəstə daxildir: