4.4.3. Elektrik ölçmə cihazlarının işinə nəzarət
Elektrik ölçmə cihazlarının işinə nəzarət etmək, elektrik avadanlıqlarının xarab olmasının və qısaqapanma hallarının qarşısını almaq üçün cihazların işə yararlığı vaxtaşırı yoxlanılır.
Rəqəmli göstəricili xüsusi ölçmə cihazları, voltmetr, ampermetrdən və s. vaxtaşırı yoxlanır və istifadəsinin mümkünlüyü müəyyən edilir (Şəkil 4.20).
4.4.4. Elektrik avadanlıqlarının sarğılarının ardıcıllığını müəyyən edən indikator
Elektrik generatorlarının starterlərin və başqa elektrik avadanlıqların sarğılarının ardıcıllığını müəyyən etmək, bir birindən seçmək üçün elektrik indikatorundan istifadə edilir (Şəkil 4.21).
4.4.5. Traktor generatorlarının qayışlarının yoxlanması
Qayış ötürməsi traktor və kombaynlarda geniş istifadə edilir.
Elektrik generatorlarının qayışları keyfiyyətini itirəndə iş vaxtı fit səsinə bənzər səs çıxarır (Şəkil 4.22).
Şəkil 4.22 - də sağdakı qayış yeyilmiş, çatlamış və keyfiyyətini itirmiş qayışdır.
Soldakı yeni qayışdır.
Bu zaman qayışı mütləq dəyişmək lazımdır. Qayış ötürməsi yoxlanılır.
İşçi orqanın hərəkəti qayış ötürməsi ilə təmin edildikdə onun qayışının tarımlığı yoxlanılır və nizamlanır.
JOHN DEERE taxılyığan kombaynların işçi orqanlarının qayış və zəncir ötürmələri yoxlanılır. Zəncirli intiqala malik hərəkətötürücülərdə quru ot, saman, daş və s. ötürməni dayandıra bilər.