4.3.8. Pambıqyığan kombaynın uzun müddətli saxlanmaya qoyulması
Yadda saxlayın! JOHN DEERE 7760 pambıqyığan kombaynın işdən sonra bütün işlək mexanizmləri təmizləndikdən sonra uzun müddətli saxlanmaya qoyularkən torpaq səthindən müəyyən hündürlükdə saxlanılır (Şəkil 4.12).
Saxlanılma şərtləri texnikanın istismarından sonra saxlanma tələblərinə cavab verməlidir.
4.3.9. Kombaynın korroziyadan qorunması
Texnika nəm şəraitdə, açıq havada saxlandıqda nəmliyin təsirindən, atmosfer çöküntülərinin təsirindən aşınma gedir və metal hissələr korroziyaya uğrayır.
Unutmayın! JOHN DEERE 7760 pambıqyığan kombayn istifadədən sonra saxlandıqda işçi orqanların (şpindelin rezinləri, şpindeldən pambıq ayıran şotkalar, pambıq sorma kamerasının sorucu qurğusu və s.) korroziyaya uğramasına və aşınmasına yol verilməməlidir (Şəkil 4.13).
Hərəkətli işçi hissələr xüsusi konsistent yağla yağlanaraq təsirdən və korroziyadan qorunmalıdır.
4.3.10. Torpaq becərən maşınların bitki və torpaq qalıqlarından təmizlənməsi
Torpaqla işlədikdə torpaq nəm olduğu üçün texnikanın işçi orqanlarına yapışır (Şək 4.14).
İşdən sonra işçi orqanlar torpaqdan təmizlənməlidir.