Nəzəri biliklərin qiymətləndirilməsi
Test 3
Sual 1. Aqreqat avtomagistralda hərəkət etdikdə davranış qaydalarına riayət etməlidir:
A) Hərəkət sürəti məhdud olan yol hissəsində sürəti artırmalıdır;
B) Qadağanedici nişan olmayan yol hissəsində istədiyi yerdə dayanmalıdır;
C) Yol hərəkəti qaydalarına riayət etməlidir;
D) Yol ayrıcında durmalıdır.
Sual 2. Ot presləyən maşınlarda iş zamanı nəyə qəti icazə verilmir?
A) Preslərin tarladan nəqliyyat maşınına yüklənməsinə;
B) Press yığıcının dayandırılmış halda işçi hissələrinin təmizlənməsinə;
C) Press yığıcının presləyici hissəsinin dayanmış halda tənzimlənməsinə;
D) Əl ilə saman və ya otun yığıcıya ötürülməsinə.
Sual 3. Aqreqat işlədikdə aqroservis mütəxəssis hansı müxtəlif funksiyalardan istifadə etməlidir?
A) Səpin aqreqatında toxum, gübrə, yanacaq doldurulması və yığım zamanı məhsulun nəqliyyat aqreqatına boşaldılmasını;
B) Aqreqatı idarə edərkən maşının ön hissəsində işçinin dayanmasının mümkün olmasını;
C) Aqreqat hərəkətdə olduqda tənzimləmə işlərinin aparılmasının mümkünlüyünü;
D) Mühərrikdə su və yağının əlavə olunmasını.
Sual 4. Aqreqatın məhsuldarlıq həddi göstəricilərinə aiddir:
A) Maşının en götürümü, işçi hərəkət sürəti, növbəlilik təmiz iş vaxtında aqreqatın iş həcmi;
B) Maşının maksimum sürəti, məhsulun sıxlığı, maşının manevr etmə qabiliyyəti;
C) Aqreqatın dönmə bucağı, boş dayanma, iş vaxtından maksimum istifadə etmə;
D) Aqreqatın normal iş sürəti, maksimum en götürümü, iş vaxtından istifadə əmsalı, mühərrikin maksimum yüklənməsi.
Sual 5. Aqreqatın iki növbəli işinin təmin edilməsi hansı göstəricilərə təsir edir?
A) İşin yerinə yetirilmə müddətini azaldır, maşının məhsuldarlığını yüksəldir və özünü ödəmə
müddətini artırır;
B) İşin icra müddətini çoxaldır, maşının gücünü artırır və işçi orqanlar işlənib açılır;
C) İşçi orqanlar tez - tez təzələnir, mühərrikin yüklənmə əmsalı azalır, işçi sürətinə müsbət təsir edir;
D) Mühərrikin gücündən maksimum istifadə əmsalı azalır, iş görməsi azalır, özünü ödəmə müddəti qısalır.