- Traktorun ixrac qaz borusundan çıxan qaza görə mühərrikin texniki vəziyyətinin yoxlanması
|
-
İş paltarınızı geyinin.
- Bir neçə ağ kağız götürün.
- Təsərrüfatda olan traktorun mühərrikini işə salın və ixrac qaz borusundan çıxan tüstünün rəngini və iyini müşahidə edib qeyd edin.
- Ağ kağızı ixrac borusuna 3 - 4 santimetr məsafədə perpendikulyar vəziyyətdə tutub bir neçə saniyə saxlayın.
- Kağız üzərinə düşmüş qara yağ ləkələrini sayın.
- Ləkələrin sayına görə mühərrikin silindr porşen qrupunun texniki vəziyyəti haqqında mülahizələrinizi qeyd edin.
-
İxrac qazından çıxan tüstünün iyinə və rənginə görə traktor mühərrikinin çarxqol - sürgüqol mexanizmi elementlərinin, yağlama sisteminin texniki vəziyyəti haqqında mülahizələrinizi qeyd edin.
- İxrac qazlarını ötürən borudan çıxan tüstünün rənginə görə mühərrikin hissələrində olan nasazlıqlar haqqında mülahizə söyləyin.
- İxrac qazlarını ötürən borudan çıxan tüstünün iyinə görə mühərrikin hissələrində olan nasazlıqlar haqqında fikir söyləyin.
|