-
Su nasosuna, generatora, hava kompressoruna hərəkət ötürücü qayışların tarımlığının yoxlanması və nizamlanması
|
-
İş paltarınızı geyinin.
- Təsərrüfatda olan traktorun mühərrik bölməsini açın.
- Dəmir xətkeş, manometr, açarlar dəsti və s. lazım olan cihaz və avadanlıqları tədarük edin.
- Növbə ilə su nasosuna, generatora, hava kompressoruna hərəkət ötürücü qayışların tarımlığını yoxlayın və alınan rəqəmləri cədvəl şəklində tərtib edin.
- Alınmış tarımlıq göstəricilərini normativ göstəricilərlə müqayisə edib fərqi müvafiq ayda cədvələ qeyd edin.
- Fərqə görə qayışların tarımlığı haqqında mülahizələrinizi qeyd edin.
- Lazım gələn qayışın tarımlığını nizamlamaq üçün tarımlayıcı qasnağın bərkidici qaykanı zəiflədib, qasnağı tələb edilən tərəfə lazımi qədər çəkin və bu vəziyyətdə qasnağı bərkidin.
- Təkrar yoxlama aparıb tarımlığı yoxlayın və ölçün, normal tarımlıq əldə edilənədək işi davam etdirin.
- Cədvəldə yerinə yetirilən işləri qeyd edib müəlliminizə təqdim edin.
- Alınan nəticələri qrup yoldaşlarınızla müqayisə və müzakirə edin.
|