Şəkil 3.45. İlişmə muftasında yayların
elastikliyi
3.8.9. İlişmə muftasında səsin əmələ gəlmə səbəbi
Diqqət! Traktorun ilişmə muftasının friksion disklərində yeyilmədən səs yaranır və bu zaman yaylar elastikliyini itirir (Şəkil 3.45).
Şəkil 3.45 - də
1 - ilişmə muftasının pedalı;
2 - pedalı geriyə qaytaran yaydır.
Sərbəst iş üçün tapşırıqlar
- Fermer təsərrüfatlarının birində olan traktor və ona qoşulmuş kənd təsərrüfatı maşınından istifadə edilməsini şərh edin;
- Kənd təsərrüfatında məhsul yığımı zamanı hansı təhlükəsizlik tədbirləri görülməlidir;
- Avtomagistrallarda hərəkət zamanı təhlükəsizlik tədbirləri;
- Taxıl və ya pambıqyığan kombaynların yığdığı məhsulun bunkerdən boşaldılması prosesində iştirak edin;
- Aqreqatın işi zamanı yaranmış nasazlıqların aradan qaldırılması qaydalarını izah edin;
- Traktorun mühərriklərində yaranan səslərin zonasını mühərrikin üzərində göstərin;
- Səsə qulaq asmaqla mühərrikin xarakterik yerlərində əsas hissələrində səsləri və yaranma səbəblərini izah edin.
- Stetoskop vasitəsi ilə mühərrikin əsas səs gələn hissələrini yoxlayın;
- Traktorun ixrac qazları ötürən borusundan çıxan tüstünün rənginə və iyinə görə nasazlığı təyin edilməsində iştirak edin və onu izah edin;
- Tapşırıqlarda əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla birlikdə müqayisə və müzakirə edin.